VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb.
Moderator.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib.
Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin sentyabrın 23-də keçirilmiş ilk iclasında aşağıdakı komitələrə sədrlər seçilib:
Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri
Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri
Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri
Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri
Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri
Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri
Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri
Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri
Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri