AZ

Musiala “Qızıl top”a namizədlərin siyahısında yoxluğunu cavabladı

Almaniya yığmasının futbolçusu Camal Musiala 2024-cü ilin “Qızıl top” mükafatına namizədlər siyahısına daxil edilməməsindən danışıb.

Arena.az xəbər verir ki, “Bayern” klubunun formasını geyinən 21 yaşlı hücumameyilli yarımmüdafiəçi bunları söyləyib:

“Hər hansı fərdi mükafatın mənim üçün əhəmiyyəti olmadığını desəm, yalan danışmış olaram. Düşünürəm ki, hər bir iddialı futbolçu hansısa fərdi mükafatı qazanmaq istəyir. Ən əsası odur ki, ötən mövsüm çətin keçdi, ona görə də bu mövsüm daha yaxşı çıxış etməliyik. Əsas diqqətim kuboklar qazanmaqdır, qalan məqamlar isə vaxtı gələndə baş verəcək”, deyə Musiala bildirib.

Xatırladaq ki, İngiltərənin “Sauthempton” və “Çelsi” klublarının futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 7 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 170 oyun, 46 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FİFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. O, Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
72
1
arena.az

3Mənbələr