AZ

Camal Musiala zədələndi - Milliyə də kömək edə bilməyəcək

Futbol üzrə Almaniya yığma komandasının və “Bayern” klubunun hücumameyilli yarımmüdafiəçisi Camal Musiala zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin omba nahiyəsində problemlər var. Musiala bu səbəbdən Bundesliqada “Ayntraxt”la oyunu buraxacaq. O, həmçinin Almaniya millisinin UEFA Millətlər Liqasında Bosniya və Herseqovinaya, eləcə də Niderlanda qarşı keçirəcəyi görüşləri buraxacaq.

Xatırladaq ki, İngiltərənin “Sauthempton” və “Çelsi” klublarının futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 8 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 171 oyun, 46 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FİFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. O, Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
32
1
arena.az

3Mənbələr