İsrail ordusu sentyabrın 28-də Livanın paytaxtı Beyruta edilən hücumda Hizbullahın orta mənzilli raket sistemi komandiri İyd Həsən Neşşarın öldürüldüyünü iddia edib.Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, şənbə günü Beyruta təşkil edilən hava hücumunda hədəf alınan Hizbullahın orta mənzilli raket sistemi komandiri Neşşarın həyatını itirdiyi bildirilib.“Neşhar əvvəllər “yer-yer” raket bölməsinin komandiri və “Bədr” bölməsinin komandir müavini vəzifələrində çalışdığı üçün raketlər sahəsində mühüm mütəxəssis olub”, – deyə məlumatda bildirilir.Hizbullah hələ ki, İsrailin iddiası ilə bağlı açıqlama verməyib.Nuranə Məmmədova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta