"Bəli, mənim iki yaşında nəvəm var. O, Moskvada yaşayır. Amma mən bu iki ildə ora gedib onu görə bilməmişəm. Nəvəmlə canlı şəkildə görüşməmişəm".
Qaynarinfo olay-a istinadən bildirir ki, bu sözləri rejissor Aqil M Quliyev qonaq olduğu "Rəngarəng" verilişində deyib.
Aqil bildirib ki, sonuncu dəfə qızı ilə 7 il əvvəl görüşüb:
"Sonuncu dəfə 2017-ci ildə qızımla İstanbulda görüşmüşəm. Amma onunla internet üzərindən danışıram. Münasibətlərimiz yerindədir. Hər şey yaxşıdır".
Rejissor iki dəfə müflis olduğunu da açıqlayıb:
"Mən iki dəfə müflis olmuşam. Düşmüşəm, qalxmışam. Özüməm günahkar. Bu sadəcə biznesdir".