AZ

“Doğulandan nəvəmi görməmişəm” - VİDEO

"Bəli, mənim iki yaşında nəvəm var. O, Moskvada yaşayır. Amma mən bu iki ildə ora gedib onu görə bilməmişəm. Nəvəmlə canlı şəkildə görüşməmişəm". Yenilik.az olay-a istinadən bildirir ki, bu sözləri rejissor Aqil M Quliyev qonaq olduğu "Rəngarəng" verilişində deyib.

 
Aqil bildirib ki, sonuncu dəfə qızı ilə 7 il əvvəl görüşüb: 
 
"Sonuncu dəfə 2017-ci ildə qızımla İstanbulda görüşmüşəm. Amma onunla internet üzərindən danışıram. Münasibətlərimiz yerindədir. Hər şey yaxşıdır".
 
Rejissor iki dəfə müflis olduğunu da açıqlayıb:
 
"Mən iki dəfə müflis olmuşam. Düşmüşəm, qalxmışam. Özüməm günahkar. Bu sadəcə biznesdir".

Seçilən
33
12
yenilik.az

10Mənbələr