1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Tərkibində xitinin olduğu üçün uşaqlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar göbələk yeməməlidirlər".
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Qalina Volkova xəbərdarlıq edib.
Terapevt həkim xitinin pis həzm olunan maddə olduğuna diqqət çəkib.
"Müvafiq olaraq, mədə-bağırsaq xəstəlikləri (xüsusilə kəskinləşmə mərhələsində) olan insanlara göbələk yemək məsləhət görülmür. Həmçinin allergiyası olanlara və uşaqlara da göbələk istehlakı tövsiyə edilmir", - deyə mütəxəssis bildirib.
Volkovanın sözlərinə görə, uşaqların qidasına göbələkləri böyüdükcə daxil etmək lazımdır. Əgər uşaqları qəfildən belə məhsullarla qidalandırmağa başlasaq, xitin onların digər qida maddələrini mənimsəməsini çətinləşdirə bilər.