AZ

Tokayevdən təklif - "Vahid Avrasiya təhlükəsizliyi..."

Beynəlxalq ictimaiyyətin konstruktiv dialoqun bərpası üçün gərginliyin azaldılmasına, yeni müsbət gündəmə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Avrasiya məkanında davamlı inkişaf və təhlükəsizlik” adlı konfransda çıxışı zamanı deyib.

“Vahid, bölünməz Avrasiya təhlükəsizliyi ideyası çoxqütblü ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün konseptual əsas ola bilər”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Respublikasının Prezidenti qeyd edib ki, geosiyasət və geoiqtisadiyyatın dərin transformasiyası, qlobal iqlim və demoqrafik çağırışlar, yeni pandemiya təhlükələri, silahlanma yarışının, texnoloji tərəqqinin şiddətlənməsi, o cümlədən süni intellektin tətbiqi, strateji sabitlik və davamlı inkişaf məsələləri hamı üçün çox mühüm əhəmiyyət kəsb edir.


Müəllif: Teleqraf.com
Seçilən
56
2
teleqraf.com

4Mənbələr