AZ

Qazaxıstan Prezidenti: Yeni müsbət gündəmə ehtiyacı var

“Beynəlxalq ictimaiyyətin konstruktiv dialoqun bərpası üçün gərginliyin azaldılmasına, yeni müsbət gündəmə ehtiyacı var”.

"İki sahil" Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Avrasiya məkanında davamlı inkişaf və təhlükəsizlik” adlı konfransda çıxışı zamanı deyib. “Vahid, bölünməz Avrasiya təhlükəsizliyi ideyası çoxqütblü ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün konseptual əsas ola bilər”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Respublikasının Prezidenti qeyd edib ki, geosiyasət və geoiqtisadiyyatın dərin transformasiyası, qlobal iqlim və demoqrafik çağırışlar, yeni pandemiya təhlükələri, silahlanma yarışının, texnoloji tərəqqinin şiddətlənməsi, o cümlədən süni intellektin tətbiqi, strateji sabitlik və davamlı inkişaf məsələləri hamı üçün çox mühüm əhəmiyyət kəsb edir.

Seçilən
5
1
ikisahil.az

4Mənbələr