AZ

“Qarabağ” - “Malmö” matçı yunan hakimlərə tapşırıldı

“Qarabağ”ın Avropa Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Malmö”yə qarşı keçirəcəyi oyunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan referilər təyinat alıblar.

Matçı Anastasios Papapetru idarə edəcək. Ona yan xətt hakimləri Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcəklər. Aleksandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Angelos Evangelu ilə Atanasios Tsilos çalışacaqlar.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.

Seçilən
5
2
arena.az

3Mənbələr