AZ

"Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində İsveçin “Malmö” klubu ilə keçirəcəyi 2-ci tur matçının təyinatları müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan referilər təyinat alıb.

Matçı Anastasios Papapetru idarə edəcək. Ona Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcəklər. Aleksandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Seçilən
2
2
operativmedia.az

3Mənbələr