AZ

Klubdan "Qarabağ" - "Malmö" oyunu ilə bağlı vacib AÇIQLAMA

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

Ölkə.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. Artıq oyuna 18 min bilet satılıb. 

Oktyabrın 3-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Seçilən
0
49
olke.az

10Mənbələr