AZ

“Qarabağ”ın qonağı Bakıda bahalı məkanı seçdi

“Qarabağ”la qarşılaşacaq “Malmö”nin səfər planı məlum olub.

İsveç çempionu Bakıya qarşılaşmadan iki gün əvvəl təşrif buyuracaq.

Oktyabrın 1-i axşam saatlarında Bakıya ayaq basacaq qonaqlar “Hilton” otelində məskunlaşacaq.

Ertəsi “Malmö”nün oyunöncəsi son məşqi və baş məşqçilərinin mətbuat konfransı baş tutacaq.

Saat 18:30-dan etibarən Henrik Ridström media mənsublarının suallarını cavablandıracaq. Bundan yarım saat sonra futbolçular Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutacaq görüş saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
5
5
sportinfo.az

10Mənbələr