Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi olub.
Publika.az FHN-ə istinadən xəbər verir ki, Abdulabad kəndində ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı ev yanıb.
Hadisə nəticəsində yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.