AZ

16 otaqlı ev kül oldu

Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi olub.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, Abdulabad kəndində ümumi sahəsi 900 kvadratmetr (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı ev yanıb.
 
Hadisə nəticəsində yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
 
Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
4
5
moderator.az

6Mənbələr