AZ

Gələn ildən özəl sektorda da maaş ARTACAQ - Millət vəkili AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir. 

Bəs özəl sektorda da maaş artımları olacaqmı?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqındakı artım mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir:

“Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır”.

Millət vəkili qeyd edib ki, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:

“Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əməkhaqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır”.

Seçilən
6
39
gundem.az

10Mənbələr