Bakı, 1 oktyabr, AZƏRTAC
Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.