Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.
Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.