AZ

Zaur Hacı-Məhərrəmov Çexiya - Albaniya matçına təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, Zaur Hacı-Məhərrəmov Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində, oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının 1-ci qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Seçilən
156
20
arena.az

10Mənbələr