Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının B Divizionunun III turunda keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 11-də təşkil olunacaq qarşılaşma Praqa şəhərində yerləşən “Etep Arena”da oynanılacaq.