AZ

Azərbaycan Stoltenberqə təşəkkür etdi

Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.
Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə X hesabında paylaşım edib.
“Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”, - diplomat yazıb.

Seçilən
1
24
bolge.tv

10Mənbələr