AZ

Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür etdi

Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.

Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq" , - deyə paylaşımda qeyd olunub.

Seçilən
57
24
missiya.az

10Mənbələr