“İran İsrailə hücum edərkən raket potensialının yalnız bir hissəsini göstərdi və yəhudi dövlətindən yeni təhlükə yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazırdır”.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bildirib.
O deyib: “İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) raket əməliyyatı raket potensialımızın yalnız bir hissəsini göstərdi və onun digər komponenti olan yüksək texnologiyalı və modern raketlərdən istifadə olunmadı”. vakansiyalar
“Əgər sionist rejim (İsrail – red.) yeni tədbirlər görsə, daha müxtəlif silahlardan istifadə edəcəyik. Bölgədə müharibə başlasa, daha intensiv hərəkət edəcəyik”, - deyə nazir əlavə edib.
Telegram kanalımız