AZ

Azərbaycan iki minə qədər meyit qalığını Ermənistana qaytarıb - Nazir müavini

Bakı,TurkicWorld

İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər.

TurkicWorld xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.

Onun sözlərinə görə, humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir:

"Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib.

Azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb.

Azərbaycan hökuməti itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün lazımi addımları atır. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb", - deyə o qeyd edib.

Seçilən
91
25
turkic.world

10Mənbələr