AZ

İki minə qədər meyit qalığı Ermənistana qaytarılıb - Nazir müavini

İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər.

Olaylar xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.

Onun sözlərinə görə, humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir:

"Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib.

Azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb.

Azərbaycan hökuməti itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün lazımi addımları atır. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
96
25
olaylar.az

10Mənbələr