İran hakimiyyəti açıq şəkildə bəyan edib ki, İsrailin İranın neft və qaz obyektlərinə potensial hücumları Tehran üçün qırmızı xətt olacaq...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Washington Post qəzeti mənbələrə istinadən yazıb.
"Tehran uzun müddətdir ki, neft və qaz sənayesinə edilən hücumların qırmızı xətt olacağını açıq şəkildə bəyan edib", deyə nəşr yazır.
Qəzet əlavə edib ki, İsrail rəsmiləri amerikalı həmkarlarına İrana qarşı dərhal və ya genişmiqyaslı cavab tədbirləri görməyə ehtiyac hiss etmədiklərini bildiriblər.
Eyni zamanda, ABŞ və Avropa hələ də İsrailin İrandakı iqtisadi hədəfləri vura biləcəyindən ehtiyat edirlər. Bu, İran üçün yuxarıda qeyd olunan qırmızı xətt ola bilər.
Bundan əvvəl İsrail və ABŞ-ın İrana cavab olaraq Suriya və Yəməndə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) zərbə endirmək imkanını müzakirə etdiyi bildirilib.
Poliqon.info