AZ

İran bəyan etdi: Bu, qırmızı xəttdir

İran hakimiyyəti açıq şəkildə bəyan edib ki, İsrailin neft və qaz obyektlərinə potensial hücumları Tehran üçün qırmızı xətt olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti mənbələrə istinadən yazır.

"Tehran uzun müddətdir ki, neft və qaz sənayesinə edilən hücumların qırmızı xətt olacağını açıq şəkildə bəyan edib. İsrail rəsmiləri amerikalı həmkarlarına İrana qarşı dərhal və ya genişmiqyaslı cavab tədbirləri görməyə ehtiyac hiss etmədiklərini bildiriblər. Həmçinin, ABŞ və Avropa hələ də İsrailin İrandakı iqtisadi hədəfləri vura biləcəyindən ehtiyat edirlər", - nəşr bildirir.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
21
1
teleqraf.com

2Mənbələr