AZ

Zaxarova Ermənistanın KTMT-dəki fəaliyyətsizliyindən DANIŞDI

Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətinin davamlı olaraq dondurulmasından təəssüflənir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. 

"Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davamlı olaraq dondurmasından və ya boykot etməsindən təəssüflənirik. Onun üçün nəyin vacib olub-olmadığına dövlət özü qərar verir. 

Biz hesab edirik ki, KTMT təhlükəsizlik sahəsində olduğu kimi, Aİİ iqtisadi sahədə də faydalıdır. Biz bu iki strukturda Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük, lakin bu, hər hansı digər suveren dövlət kimi həmin ölkənin milli siyasətindən gedir", - deyə diplomat əlavə edib.

Ağarza Elçinoğlu 

Seçilən
15
50
unikal.az

10Mənbələr