AZ

“İkinci hissə başlayan kimi qol buraxmaq oyunçulara təsir etdi” - Qurban Qurbanov

"Hazırda komandada idmandan uzaq olan futbolçular var və növbəti görüşlərdə toparlanmağa çalışacağıq ki, azarkeşləri qələbə ilə sevindirək".

Oxu.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin "Malmö" komandasına 1:2 hesabı ilə məğlub olduqları II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

"İstəməzdim belə məğlub olaq. Rəqibi təbrik etmək lazımdır. Bəlkə də layiqli qələbə əldə etdilər. Dünən də qeyd etmişdim ki, fərqli oyun tərzləri var. İkinci hissə başlayan kimi qol buraxmaq oyunçulara təsir etdi. Daha yaxşı oyun göstərə bilərdik, amma alınmadı. Bəllidir ki, komanda əvvəlki oyunundan uzaqlaşıb. Növbəti görüşlərdə daha yaxşı təsir bağışlamağa çalışacağıq. Hazırda komandada idmandan uzaq olan futbolçular var və növbəti görüşlərdə toparlanmağa çalışacağıq ki, azarkeşləri sevindirək. Növbəti qarşılaşmalarda daha diqqətli oyun nümayiş etdirməliyik". vakansiyalar


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

10Mənbələr