AZ

Gəncə klubu 2 yoxlama oyunu keçirəcək

Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” basketbol klubu yoxlama oyunları keçirəcək.

Msport.az xəbər verir ki, “sarı-göylər” Bakıda “Neftçi” və “Abşeron”la qarşılaşacaq.

“Neftçi” ilə matç oktyabrın 9-da saat 17:00-da Bakı İdman Sarayında olacaq. Bir gün sonra isə “Gəncə” eyni saatda “Abşeron”la görüşəcək. Bu oyun Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.

Seçilən
0
3
msport.az

4Mənbələr