Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” basketbol klubu 2 yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "sarı-göylər" Bakıda "Neftçi" və "Abşeron"la qarşılaşacaq.

"Neftçi" ilə matç oktyabrın 9-da saat 17:00-da Bakı İdman Sarayında olacaq. Bir gün sonra isə "Gəncə" eyni saatda "Abşeron"la görüşəcək. Bu oyun Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.