AZ

SOCAR metan emissiyalarını izləmək üçün süni intellektdən daha çox istifadə etməyi planlaşdırır

Bakı. Trend:

SOCAR metan emissiyalarını izləmək, məlumatları emal etmək vəmetan emissiyalarını azaltma prosesini idarə etmək üçün süniintellektdən daha çox istifadə etməyi planlaşdırır.

Trend xəbər verir ki, bubarədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlimdəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsindəkeçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarınınazaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransda bildirib.

O, şirkətin dekarbonizasiya prosesini optimallaşdırmaq üçünemissiyaların mütəmadi ölçmələrini apardığını vurğulayıb.

“Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkilləriniaraşdırırıq. Həmçinin, peşəkar şirkətləri cəlb edərək, yer səthindəölçmə metodlarından istifadə etməyə başladıq. Onlarla birlikdəmetan emissiyalarımızla mübarizəni optimallaşdırmağa kömək edəcəksüni intellekt alətini inkişaf etdiririk”, - o deyib.

Ə.İsaev, “SOCAR”-ın 2023-cü ilin dekabrında dekarbonizasiya iləbağlı beynəlxalq bəyannaməyə qoşulduğunu xatırladaraq, bununmərhələli dekarbonizasiyanı (2030, 2035 və 2050-ci illər) nəzərdətutduğunu bildirib və 2050-ci ildə isə sıfır emissiyaya çıxmagözlənilir.

“Metan üzrə 2035-ci ildə artıq 0,2 faiz emissiya intensivliyinəçata bilərik və bu nəticə üzərində fəal işləyirik”, - ovurğulayıb.

Qeyd edək ki, Azərbaycan COP29 çərçivəsində metan bəyannaməsininimzalanmasını təşviq edib, eləcə də, qida istehsalı sahəsində metanemissiyalarının azaldılması təşəbbüsü ilə çıxış edib.

Keçən həftə Nyu-Yorkda IEA və COP29 rəhbərliyi BMT BaşAssambleyasının çərçivəsində metanla bağlı yüksək səviyyəli Dialoqkeçirib.

Qeyd olunub ki, SOCAR-ın metan emissiyalarını izləmək və onlarınazaldılması üçün müxtəlif metodlar üzrə atdığı addımlar IEAtərəfindən müsbət qarşılanır.

Məqalədə:
Seçilən
105
16
az.trend.az

10Mənbələr