SOCAR metan emissiyalarının azaldılması üçün süni intellekti daha fəal şəkildə istifadə etməyi planlaşdırır.
Fins.az xəbər verir ki, şirkət, peyk şəkilləri və yer səviyyəsində ölçmələrdən istifadə edərək metan sızmalarını aşkar etmək və emissiyaları optimallaşdırmaq məqsədilə süni intellekt alətləri üzərində çalışır.
SOCAR-ın vitse-prezidenti Əfqan İsaev, 2023-cü ilin dekabrında şirkətin beynəlxalq dekarbonizasiya xartiyasına qoşulduğunu və 2035-ci ilə qədər metan emissiya intensivliyini 0,2 faizə endirməyi planlaşdırdıqlarını bildirib. Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində metan emissiyalarının azaldılması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib.
Sonuncu dəfə Nyu-Yorkda keçirilən yüksək səviyyəli tədbirdə SOCAR-ın metan emissiyalarını izləmə və qarşısını alma üsulları müsbət qiymətləndirilib.