AZ

“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır ”

"Tək əldən səs çıxmır. Gərək muzey yaratsınlar da. Bu mənim əlimdə deyil axı. Atamın bir-iki əşyası var, o evimizdədir. Qalanını da kimsəsiz insanlara paylamışıq ki, savab qazanaq. Mən də istərdim çox şey olsun. Əfsuslar olsun ki, heç nə olmadığına görə mən də bir çox şeyləri çabalaya-çabalaya edə bilmirəm. Ona görə də o səhifələri heç vərəqləmirəm də. Necə varsa qoy elə də qalsın. Gedən gedib onsuz da"
 
Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova atası haqda danışarkən deyib. O daha sonra bildirib ki, atasının arzusu ürəyində qalıb.
 

"Hər şeyi insanın sağlığında etmək lazımdır. Gedəndən sonra nə faydası var? Vaxtında aidiyyatı qurumlara çox müraciət etdim. Efirdə də dedim, eşitdirdim də.. Rafael Dadaşov balaca fiqur deyildi axı kimsə eşitməsin, yan keçsin. O evdən yox, eldən gedən bir sənətkardır. Bilən də bilir, eşidən də eşidib. Sadəcə kimsə vədlər verdi və o boşuna çıxdı. Atamın arzusunu yerinə yetirmədilər, mən kimə müraciət edəcəm?! Mən müraciətimi çoxdan etmişəm. Rafael Dadaşov üçün bunu istəmək ayıbdır, bu artıq çoxdan olunmalı idi. Atam dünyasını dəyişəndən sonra ümumiyyətlə heç kim heç nə ilə maraqlanmayıb. Sadəcə bu qədər. Mənə heç gərək də deyil. Atamın sağlığında arzusu yerinə yetmədisə, bundan sonra mənə heç nə lazım deyil. Atamın sözü yerə salındısa, mənim sözüm əhəmiyyət daşıyırmı?" deyə sənətkarın qızı atasının adına muzey yaradılmasını istəyib.
 

Səidə Dadaşova bildirib ki, atasının adı ona sənətdə çox böyük kömək olsa da, o valideyinin adından heç vaxt istifadə etməyib.
 

"Məni tanıyan-tanıyır, bilən də bilir ki, necə övlad olmuşam, necə müğənniyəm və necə insanam. Kim yazırsa, danışırsa, fikirləşirsə özü üçün edir. Sənətdə özümə görə hörmət qazanmışam. Amma atam Rafael Dadaşov da mənim başımın üstündə olan bir ad, markadır. Amma hörməti insanın özünə görə edirlər. Filankəsə görə kiməsə hörmət etmirlər. Bu adı sadəcə mən yaşatmalıyam və yaşadıram da. O məsuliyyəti də layiqincə dərk edirəm. Rafael Dadaşov mənim loqomdur. Əgər kimsə haqqımda deyirsə atasının adından istifadə edir... O insanlar sadəcə yazıqdırlar.. Gör nə qədər balaca dünyaları var, gör nə qədər dünyaya dar çərçivədən baxırlar ki, heç bilmirlər ki, nə danışırlar. O adamlar valideynlərinin adından istifadə edir ki, bilmirlər bu sənətə necə gəlsinlər. Ona görə nəyəsə əl atırlar. Mənim buna ehtiyacım yox idi. Mən doğuluşdan beləyəm. Bu istedadı mənə kimsə verməyib. Allah tərəfindən verilən istedaddır. İrsidir, nəsillikcə də belədir.  Atam da mənə həmişə deyib ki, qızım, hansı sənəti seçirsənsə o yolda çabalamalısan, mübarizə aparmalısan. Sadəcə onun varlığı mənə bəs idi. Atam deyirdi ki, mən arxandayam, həmişə varam. Amma bu yolda sən özün mübarizə aparmalısan. Mənə hamı deyirdi ki, sən niyə aktrisalığa getmədin?! Atam dedi ki, sonra deyəcəklər ki, qızını teatra gətirdi. Biz belə şeyləri xoşlamırıq. Atama mənim sənətim haqda sual verəndə o deyirdi ki, qızım öz sözünü demiş sənətkardır. Bunu atam özü deyirdi. O həmişə kənardan mənə tamaşaçı gözü ilə baxıb. Səhvimi də, düzümü də deyib. Həmişə başımı sığallamayıb. Atam deyirdi ki, mən olmayandan sonra haqqımda yalnız qızım danışa bilər. Biz bir-birimizi tamamlayan insanlar idik" deyə sənətçi bildirib.

Seçilən
58
50
sfera.az

10Mənbələr