AZ

Həkimdən valideynlərə XƏBƏRDARLIQ - Uşaqları mütləq…

Son zamanlar uşaqlar arasında viruslar yayılır. Bir neçə ay bundan öncə qızıl və göy öskürək xəstəliklərinda artım müşahidə olunmuşdu. Bundan başqa, digər mövsümü xəstəliklərin də artması müşahidə olunur.

Həkimlərin fikrincə, istənilən dövrdə xəstəliklərin qarşısını almaq üçün ən uyğun vasitə peyvəndlərdən kənarda qalmamaqdır. Bu baxımdan valideynlər xüsusi diqqətli olmalıdırlar. Laqeyidlik isə gözlənilmədən ağır nəticələrə səbəb ola bilər.

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, peyvəndlər həyat qurtarır. Onun sözlərinə görə, bir çox təhlükəli xəstəliklər peyvəndin sayəsində zərərsizləşdirilir.

Screenshot_3.png (415 KB)

"Peyvənd həqiqətən də tarixdə insanın ən böyük kəşflərindən biridir. Bir çox xəstəliklər var ki, onların müalicəsi yoxdur. Lakin peyvəndlə onun önlənməsi mümkündür.

Məsələn Hepatit B xəstəliyinin dünyada heç bir müalicəsi yoxdur. Amma peyvəndlə bunu önləyə bilirik. Bundan başqa, Tetanus kimi ölümcül yoluxucu xəstəlik var.

Poliomielit kimi ölümcül yoluxucu xəstəlik var. Bunlar ölümə, yaxud da ömürlük şikəstliyə səbəb olan xəstəliklərdir. Bu xəstəliklərin peyvəndlə qarşısı alınması mümkündür. Xatırlayın, son 2 ildə qızılca və göy öskürək ölkəmizdə geniş yayılmağa başladı.

Bu xəstəliklərin peyvəndi olduğu halda niyə artdı? Çünki valideynlər bir dönəm səhlənkarlığı və marifsizliyi oldu.

Peyvəndə qarşı gərəksiz antireklamlar başladı. Bunlar da, ona səbəb olur ki, bəzi təhsil səviyyəsi aşağı olan ailələr belə antireklamlara inanırlar və peyvəndlərdən yayınırlar.

Bunun nəticəsində də, uşaqlarda ölümcül xəstəliklər, yaxud da, əlilliyə səbəb ola bilir. Qızılca, suçiçəyi kimi xəstəlikləri deyirik ki, öz-özünə sağalan xəstəliklərdir.

Lakin 5-10 faiz uşaq bu xəstəliklər ya ölür, yaxud əlil qalır. Peyvənd etməklə məqsədimiz 10 faizi xilas etməkdir.

Bu səbəbdən də, bütün valideynlərə, ailələrə səslənirik ki, mütləq övladlarını peyvənd etdirsinlər. Bir yaşına qədər uşaqlarda əsas təqvim üzrə peyvəndlər var ki, onlar qaçılmazdır.

Bu peyvəndlər mütləq və mütləq edilməlidir. Çünki bu peyvəndlər həyat üçün çox vacibdir", - deyə Azər Əhmədov bildirib.

Uzman doktorun sözlərinə görə, mövsümü peyvəndlər də var ki, onlardan qorunmaq üçün peyvənd olunmaq gözəl çıxış yoludur:

"Qrip və digər mövsümü xəstəliklərdən qorunmaq üçün edilən peyvəndlər. Tez-tez xəstələnən və immun sistemi zəif olan insanlar var. Onlara məsləhət görürük ki, peyvəndlərdən istifadə etsinlər".

Qeyd edək ki, bəzən peyvənd olunan uşaq öldü, xəstə uşağı peyvənd etməzlər və s. kimi fikilər səsləndirilir. Hansısa xroniki xəstəliyi olan uşağı peyvənd etmək olarmı?

Azər Əhmədov deyir ki, bəzi insanlar var ki, xroniki, nevroloji, metabolik xəstəlikləri var. Onun sözlərinə görə, çox vaxt belə xəstələrə yanlış yönləndirmələr olur:

"İnsanlar peyvəndlərdən yayınırlar ki, mənim uşağımın xroniki və nevroloji xəstəliyi var, ona peyvənd olmaz. Əksinə, onların peyvəndə daha çox ehtiyacı var.

Sadəcə onların peyvənd təqvimi sağlam uşaqların peyvənd təqvimindən bir az fərqlidir. Bu baxımdan peyvəndə çox ciddi əks göstəriş olmadığı halda övladlarınız peyvəndlərdən məhrum etməyin.

Bütün valideynlərə xəbərdarlıq edirik ki, uşaqlarınızın sağlamlığı xətrinə mütləq peyvəndlərdən istifadə edin.

Çox nadir halda peyvəndlərə qarşı əks göstərişi olan uşaqlar var. Bu zaman əks göstərişi olan peyvənd etmək olmaz. AKtiv vərəm xəstələri olur ki, onlara peyvənd edilmir".

Həkim bütün valideynlərə məsləhət görür ki, peyvənddən istifadə edilsin:

"Bəzən yanlışlıqla deyilir ki, peyvənd autizmə, sonsuzluğa səbəb olur. Belə bir şey yoxdur. Peyvənd bütün inkişaf etmiş ölkələrdə sınaqdan keçmiş və bu gün də uğurla tətbiq edilir.

Bu səbəbdən də, bir çox xəstəliklər tarixə qovuşub. Sonda bir daha valideynlərə uşaqlarına sağlam həyat vermək üçün peyvənddən istifadə etmələrini tövsiyyə edirəm".

Seçilən
59
50
olke.az

10Mənbələr