AZ

"Biznesin müflisləşməsi" İşçi qrupunun auditorlarla görüşü keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi "Biznesin müflisləşməsi" İşçi qrupunun Azərbaycan Respublikası Auditorlar Palatasının dəstəyi ilə auditorlarla görüşü keçirilib.
Görüş çərçivəsində İşçi qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi qrupun üzvləri tərəfindən auditorlara sahibkarlıq subyektlərin sağlamlaşdırılması və müflisləşməsi prosesində əmlakların qiymətləndirilməsi ilə bağlı auditorların rolu barədə məlumatlar verilib, bu sahədə aparılan islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə yeni qanunvericiliyin müddəaları onların diqqətinə çatdırılıb.
Görüşdə bildirilib ki, Dünya Bankı ənənəvi "Doing Business" hesabatının əvəzində yeni beynəlxalq iqtisadi qiymətləndirmə indeksini 2023-cü ildən tətbiq etməyə başlayıb. Dünyanın 190 ölkəsinin biznes mühitinin müxtəlif sahələrini əhatə edən və daha təkmil meyarlara əsaslanan hesabat "Business Ready" adlanır.
"Doing Business" hesabatını əvəz edən "Business Ready" hesabatında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, maliyyə, ədliyyə, məhkəmə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcəyi və yeni metodologiyaya əsasən həmin ölkələrin beynəlxalq biznes mövqeyinin müəyyənləşdiriləcəyi bildirilib.
Qeyd olunub ki, "Business Ready" hesabatı investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək və yeni hesabat çərçivəsində biznesə başlamaq üçün əsas institusional amillər, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, maliyyə xidmətləri, mübahisələrin həlli kimi əsas altindekslər ölçüləcək. "Business Ready" hesabatının 2024-25-ci illərin ortalarında dərc olunması nəzərdə tutulur.
Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi" çərçivəsində İşçi qrup tərəfindən görülmüş işlər barədə auditorlara bu sahədə dövlət xidmətlərin rəqəmsallaşdırılması, müflis prosesində olan sahibkarlıq subyektlərinə vergi güzəştlərin tətbiq olacağı, sahəvi qanunvericiliyin təkmilləşdirilməsi barədə məlumat verilib və 2024-25-ci illəri əhatə edəcək hesabatın suallar toplusu üzrə müzakirələr aparılıb.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Biznesin müflisləşməsi" İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
Seçilən
3
1
oxu.az

10Mənbələr