AZ

ABŞ aciz qalıb: NATO-ya öz iradəsini tətbiq etdirə bilmir

NATO-nun yeni baş katibi Mark Rutte sələfi Yens Stoltenberqin siyasətini davam etdirmək niyyətində olduğunu açıqladı, lakin jurnalistlərlə ilk ünsiyyəti bunun tamamilə doğru olmadığını göstərdi.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, Rutte Hollandiyanın baş naziri kimi çətin məsələlərdən yayınaraq, Ukrayna münaqişəsində birmənalı mövqe tutmamaqla, bacarıqlı diplomat kimi reputasiyasını sübut edib. Eyni zamanda, Şimali Atlantika Alyansının baş katibi kimi onun blokun inkişaf strategiyası üzərində heç bir rıçaqları yoxdur və onun vəzifəsi NATO üzvləri arasında ziddiyyətləri həll etmək və diplomatik funksiyaları yerinə yetirmək olacaq.

Regional təhlükəsizlik problemləri üzrə mütəxəssis Sergey Yermakov bildirib ki, Rutte Avropa ölkələrinin başçıları və ABŞ prezidentliyinə namizədlərlə etibarlı əlaqələr qura bilib, lakin hələ də çətin bir problemlə üzləşib.

phrase_var_article.chosen
134
47
publika.az

10phrase_var_article.sources