AZ

NATO-nun yeni Baş katibindən qətiyyətli açıqlamalar – “Putinə mesajımız budur ki”

NATO Rusiyanın təhdidlərindən qorxmur və Kiyevə güclü dəstəyini davam etdirəcək.

“AzPolitika” xəbər verir ki, bunu NATO-nun yeni Baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində Ukraynaya yardım üzrə əsas koordinasiya mərkəzinin yerləşəcəyi bazaya ilk səfəri zamanı deyib.

Rutte əlavə edib ki, NATO Putinin qalib gəlməməsi üçün hər şey edəcək: “(Vladimir Putinə) mesaj ondan ibarətdir ki, biz onun məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, etməyə davam edəcəyik”.

Məlum olduğu kimi, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) adlanan kompleksi tədricən Kiyevə Qərbin hərbi yardımının koordinasiyasını öz üzərinə götürəcək.

“Reuters” qeyd edir ki, bu addım bir çoxları tərəfindən yardım mexanizmini Donald Trampın Ağ Evə mümkün qayıdışından qorumaq cəhdi kimi qiymətləndirilir.

“AzPolitika.info”

Seçilən
56
47
azpolitika.info

10Mənbələr