AZ

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz Bəyanatı yaydı –Kitab Sərgisini tərk edəcəklər/ SİYAHI

Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar Mədəniyyət Nazirliyinə və Antiinhisar Xidmətinə  etiraz Bəyanatı imzalayıb. Nəşriyyatlar Bakıda keçirilən kitab Sərgisini tərk edəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.
Azpost.info bildirir ki, bu barədə “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib.
O,  Azərbaycan Nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Kitab Alışının Dayandırılmasına Etiraz Bəyanatını yayımlayıb.
Bəyanatda deyilir:
“Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.
Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.
Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.
Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik.
Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.
Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik”.
Amin Orucov, Simurq Nəşriyyatı
Arzu Bəylərli, Audiokitab
Bəhram Oruclu, Çinar nəşriyyatı
Elçin Sadiqov, Fidan Nəşriyyat və Dağıtım
Əli Eynəliyev, Dastan Yayımları
Əsəd Süleymanov, MİMTA Yayımları
Fatimə Alxaz, Ağıllı Bala Nəşriyyatı
Günel Tağıyeva, Kibu yayımları
Hafiz Eyyubov, Qələm Nəşriyyatı
Həsən Kərimov, Kitabçı Nəşriyyat evi
İlkin Abdulla, Strauss Press
İlkin Abdullayev, Çardaq və Kosmo nəşriyyatı
Misir Aslanov, Zəka Print
Mübariz Həsənov, Alfacin Nəşriyyatı
Muxtar Abbasov, RM Nəşriyyatı
Nemət Əliyev, Everest Nəşriyyat evi
Nicat İbrahimov, TEAS Press Nəşriyyat Evi
Nigar Köçərli, Əli-Nino nışriyyatı
Nurman Şahmərdanov, Parlaq İmzalar nəşriyyatı
Orxan Bəyov, İZƏ Nəşriyyatı
Rafiq İsmayılov, Altun Kitab nəşriyyatı
Rasim Qaraca, Alatoran nəşriyyatı
Ramiz Məmmədov, İpəkyolu Nəşriyyatı
Sadıq Babazadə, Mayak Nəşriyyatı
Səbinə Əli, Səbat Nəşriyyatı
Səbuhi Zeynalov, XAN Nəşriyyatı
Şahbaz Xuduoğlu, Qanun nəşriyyatı
Şəmil Sadiq, Hədəf Nəşrləri
Şöhlət Səlimov, Qədim Qala Nəşriyyatı
Tural Axundov, Təhsil nəşriyyatı
Ülvi Ağa, İdiot Yayınları
Ülvi Cabbarov, Gündüz Yayınları
Veysəl Məmmədov, Libra Kitab
Yusif İlhamoğlu, Çapar Yayınları
Seçilən
1
6
editor.az

9Mənbələr