AZ

Nəşriyyatlardan Mədəniyyət Nazirliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etiraz - Sərgini tərk edirlər

Azərbaycan Nəşriyyatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına etiraz bəyanatı yayıb.

 

Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:

 

"Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.

 

Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.

 

Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.

 

Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik. 

 

Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.

 

Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.

 

Amin Orucov, Simurq Nəşriyyatı 

 

Arzu Bəylərli, Audiokitab


Bəhram Oruclu, Çinar nəşriyyatı 


Elçin Sadiqov, Fidan Nəşriyyat və Dağıtım 

 

Əli Eynəliyev, Dastan Yayımları 


Əsəd Süleymanov, MİMTA Yayımları 


Fatimə Alxaz, Ağıllı Bala Nəşriyyatı 


Günel Tağıyeva, Kibu yayımları 


Hafiz Eyyubov, Qələm Nəşriyyatı 


Həsən Kərimov, Kitabçı Nəşriyyat evi 


İlkin Abdulla, Strauss Press 


İlkin Abdullayev, Çardaq və Kosmo nəşriyyatı 


Misir Aslanov, Zəka Print 


Mübariz Həsənov, Alfacin Nəşriyyatı 


Muxtar Abbasov, RM Nəşriyyatı 


Nemət Əliyev, Everest Nəşriyyat evi 


Nicat İbrahimov, TEAS Press Nəşriyyat Evi 


Nigar Köçərli, Əli-Nino nışriyyatı


Nurman Şahmərdanov, Parlaq İmzalar nəşriyyatı


Orxan Bəyov, İZƏ Nəşriyyatı 


Rafiq İsmayılov, Altun Kitab nəşriyyatı 


Rasim Qaraca, Alatoran nəşriyyatı


Ramiz Məmmədov, İpəkyolu Nəşriyyatı 


Sadıq Babazadə, Mayak Nəşriyyatı 


Səbinə Əli, Səbat Nəşriyyatı 


Səbuhi Zeynalov, XAN Nəşriyyatı 


Şahbaz Xuduoğlu, Qanun nəşriyyatı 


Şəmil Sadiq, Hədəf Nəşrləri 


Şöhlət Səlimov, Qədim Qala Nəşriyyatı


Tural Axundov, Təhsil nəşriyyatı 


Ülvi Ağa, İdiot Yayınları 


Ülvi Cabbarov, Gündüz Yayınları 


Veysəl Məmmədov, Libra Kitab 


Yusif İlhamoğlu, Çapar Yayınları"

Tarix: 4 Oktyabr 2024, 19:50   
Seçilən
2
6
pravda.az

9Mənbələr