Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.
Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sabir Hacıyevin 70 yaşı tamam olur.