Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin deputatıdır.