AZ

İlk holland F-16 qırıcıları Ukraynada

Niderlandın müdafiə naziri Ruben Brekelmans F-16 qırıcılarının ilk partiyasının Ukraynaya göndərildiyini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Brekelmans Xarkov və Kiyevə səfər etdikdən sonra X sosial platformasında yazıb: "İlk dəfə rəsmi olaraq ilk holland F-16-larının Ukraynaya göndərildiyini elan edə bilərəm".

Nazirin sözlərinə görə, göndərilən təyyarələrin sayı açıqlanmır.

Ukraynanın müdafiə naziri Rustem Umerov qarşı tərəfə hərtərəfli dəstəyə görə təşəkkür edib.

Brekelmans həmçinin Kiyevi qabaqcıl kəşfiyyat, müdafiə və zərbə vuran dronlarla təmin edəcək 400 milyon avro dəyərində "Dron Fəaliyyət Planı"nın işə salındığını bildirib. 
(unikal)

Seçilən
1
2
avtosfer.az

3Mənbələr