AZ

Bu rayonlar ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Siyəzən rayonunun inzibati ərazisindəki akvatoriyasında və Orta Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Araşdırma zamanı həmin şəxslərin Siyəzən rayonu Balaca Həmyə kənd sakini Təbriz İsgəndərov, Yenikənd  kənd sakini Vüsal Məmmədov və İmişli rayonu Aranlı kənd sakini Ayaz İmamalıyev olduğu müəyyən edilib. Onlardan xeyli sayda qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb. 

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Ekologiya.az

Seçilən
87
4
ekologiya.az

10Mənbələr