Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Siyəzən rayonunun inzibati ərazisindəki akvatoriyasında, Həkəri çayının Qubadlı rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Ağakərim Məlikov, Cəmil Bayramov, Elxan Vahabov, Siyəzən şəhər sakini Hüseyn Məmmədov və Qubadlı rayon sakini Şəhriyar Hadıyev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.