AZ

“İran müharibəyə tam hazırdır” – Əraqçi (VİDEO)

“İran istənilən müharibəyə tam hazırdır”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz istənilən ssenariyə, istənilən vəziyyətə hazırıq, Silahlı Qüvvələrimiz tam və 100% hazırdır, onlar bütün lazımi məqsədləri müəyyənləşdiriblər”, – deyə İranın xarici işlər naziri bildirib.

Əraqçi əmin edib ki, Tehran müharibə və Yaxın Şərqdə gərginliyi artırmaq istəmir. Bununla belə, o əlavə edib ki, İran müharibədən qorxmur.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bölgədə eskalasiyanın yaxın həftələrdə İsrail və İran arasında müharibə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdi.

phrase_var_article.chosen
62
1
busaat.az

2phrase_var_article.sources