“İran istənilən müharibəyə tam hazırdır”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz istənilən ssenariyə, istənilən vəziyyətə hazırıq, Silahlı Qüvvələrimiz tam və 100% hazırdır, onlar bütün lazımi məqsədləri müəyyənləşdiriblər”, – deyə İranın xarici işlər naziri bildirib.
Əraqçi əmin edib ki, Tehran müharibə və Yaxın Şərqdə gərginliyi artırmaq istəmir. Bununla belə, o əlavə edib ki, İran müharibədən qorxmur.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bölgədə eskalasiyanın yaxın həftələrdə İsrail və İran arasında müharibə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdi.