AZ

"Neftçi"nin futbolçuları Sent Martin və Monteneqro millilərinə dəvət alıb

“Neftçi”nin iki futbolçusu - Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.

"Far.Az" xəbər verir ki, Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.

Kuç isə Monteneqro seçməsi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.

Seçilən
2
5
far.az

8Mənbələr