AZ

“Neftçi”nin futbolçuları milli komandalara dəvət aldılar

“Neftçi”nin daha iki futbolçusu milli komandalardan dəvət alıb. 

Bizim.Media xəbər verir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.

Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək. Kuç isə Monteneqro millisi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
5
bizim.media

8Mənbələr