Üçüncü dövlətlərin Tayvana silah verməsi müharibə deməkdir...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Jian brifinqdə bildirib.
“Vurğulamaq lazımdır ki, Tayvanı silahlandırmaq “Tayvanın müstəqilliyi” tərəfdarlarını həvəsləndirmək məqsədi daşıyır”, deyə Çin Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.
Vu Jian əlavə edib ki, xarici güclərin Çini cilovlamaq üçün Tayvanı istifadə etmək istəyi qaçılmaz olaraq son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq.
Poliqon.info